Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Oktyabr
14 oktyabr 2015 20:00 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Oktyabr

0

GÜNÜN ŞƏRHİ

 

Ankara terrorunun sifarişçiləri bəlli olmasa da, təşkilatçıları məlumdur. “Bomba Ankarada partlayacaq” anonsu verən şəxslərin PKK üzvləri olması, partlayışın arxasında kimin durduğu  ehtimalını təsdiqləyir. Artıq gündəmin sualı “terroru PKK terror təşkilatı törədib” deyil, “PKK niyə bu akta əl atıb”dır. İlk baxışdan sualın üzərindən terrorçunun işi terror aktı törətməkdir kimi sadə məntiqlə keçmək olar. Amma 97 nəfərin ölümü ilə nəticələnən partlayışın əsas hədəfini sadə məntiqlə izah etmək çətindir. Terror aktının seçkilərlə birbaşa əlaqəsi var. Terrorun qurbanları HDP elektoratı, radikal solçulardır. PKK-nın HDP-ni hədəfə götürməsi ilk baxışdan qəribə görünə bilər, amma əslində bu yanaşma HDP-nin seçki hədəflərinə hesablanıb. Birincisi, terror aktı AKP-yə meyllənən kürd elektoratın gözünü qorxutmağa hesablanıb, ikincisi, PKK bununla HDP üzərində hakim olduğunu isbatlamağa çalışıb, üçüncüsü, bu partlayış HDP haqqında “məzlum, əzilən, təzyiqlərə məruz qalan partiya” obrazı yaradıb. Səlahəddin Dəmirtaşın terror aktı ilə bağlı ilk dəyərləndirməsi də bunu isbatlayır. Özünü terrorun qurbanı kimi qələmə verməyə çalışan Dəmirtaş həm də 7 oyundan sonra HDP-dən uzaqlaşan sol səsləri  yenidən qazanmağa çalışır. “Mən terroru dəstəkləmirəm, əksinə terror qurbanıyam” mesajları verməklə... Bu siyasətin nəticəsi 1 noyabrda bəlli olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar