Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Dekabr
11 dekabr 2015 20:12 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Dekabr

 
 
GÜNÜN ŞƏRHİ
 
Yeni İl gecəsi Moskva restoranlarının 80 faizi bağlı olacaq. Səbəb xidmətlərin və ərzağın bahalaşması, əhalinin gəlirlərinin isə azalmasıdır. Paytaxt sakinlərinin böyük əksəriyyəti 2016-cı ili restoranlarda deyil, evdə, daha ucuz başa gələcək süfrə arxasında keçirəcəyini bildirir. Bu, Rusiyada iqtisadi durumu dəyərləndirmək üçün obyektiv bir indikator sayıla bilər. Rusiyanın minik avtomobilləri yığılan şirkətləri hökumətə müraciət edərək Türkiyədən gələn yük maşınlarının bir qisminin ölkəyə buraxılmasını istəyib. Şirkətlər bildirir ki, tanınmış markaların ehtiyat hissələrini gətirən yük maşınları sərhəddən buraxılmasa, yaxın zamanlarda ölkədə bu markaların yığılması tam dayana bilər. Beynəlxalq reytinq qurumlarının hesablamalarına görə, Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar və bu əməliyyatlardan doğan siyasi şərait ölkənin valyuta ehtiyatlarını sürətlə azaldır. Əgər proses bu sürətlə davam edərsə, 2017-ci ildə Rusiyanın Ehtiyat Fondu tam tükənmiş olacaq. Bu üç fakt Moskvanı Türkiyə ilə gərginliyi davam etdirməsinin lüzumsuz olduğunu göstərir və çox güman ki, ən azı gələn ilin əvvəllərində Kremlin geriyə doğru müəyyən addımlar atacağını görəcəyik. Ankaranın üzərinə düşən vəzifə o dövrə qədər təmkinini qorumaq, türk tələbələrin qovulması, iqtisadi sabotajlar kimi hallara soyuqqanlı reaksiya verməkdir. 
 
Vüqar MƏSİMOĞLU

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar