Şəmkirdə “Beynəlxalq Ailə Gününə” həsr olunmuş “Sağlam ailə, sağlam gələcək” adlı toplantı keçirilib.
Lent.az-ın məlumatına göra, toplantıda iştirak edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və digər iştirakçılar “Sağlam ailə modelinin” formalaşdırılması istiqamətində müzakirələr aparmışdırlar.
Geniş nitqlə çıxış edən icra başçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkədə uğurla apardığı gender bərabərliyi siyasətindən, məişət zorakılığına və erkən nigahların bağlanmasına qarşı apardığı işlərdən söz açmışdır.
Çıxış edən toplantı iştirakçıları tədbirin xüsusi əhəmiyyətini vurğulayaraq, Şəmkir rayonunda məişət zorakılığına və erkən nigahların bağlanmasına qarşı əməli mübarizəyə başlamağın vacibliyini qeyd etmişdir.