Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Tovuz rayonunda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə Lent.az-a Fonddan məlumat verilib.
DSMF sədri Səlim Müslümov sentyabrın 26-da, saat 10:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Tovuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.
Səlim Müslümov vətəndaşları qəbul edəcək
1144