Enerji içkiləri, buzlu çay tipli şəkərli və qazlı içkilər insan ölümünə səbəb olur.
Lent.az-ın “report.az”-a istinadən məlumatına görə, amerikalı alimlərin araşdırmaları bu içkilərin diabet, ürək-damar xəstəlikləri və xərçənglə əlaqəsini ortaya qoyub.
Araşdırmalar nəticəsində məlum olub ki, şəkərli və qazlı içkilər hər il dünya üzrə 184 mindən çox insanın ölümünə səbəb olur. Belə qənaətə gəlinib ki, bu kimi içkilər 133 min nəfərin diabetdən, 45 min nəfərin ürək-damar xəstəliklərindən, 6 min 450 insanın isə xərçəngdən ölümünə yol açır.
O da bildirilib ki, ağ şəkərin insan orqanizminə heç bir xeyri yoxdur. Əgər şəkərin istehlakı dayansa, minlərlə insanın həyatını xilas etmək mümkün olar. Yəni, orqanizm ehtiyac duyduğu früktoz və qlükozanı meyvə və tərəvəzlərdən də ala bilər.