Səhiyyə Nazirliyindən dərman qıtlığı ilə bağlı <span style="color:red;">AÇIQLAMA
28 avqust 2015 10:28 (UTC +04:00)

Səhiyyə Nazirliyindən dərman qıtlığı ilə bağlı AÇIQLAMA

Son günlər bəzi kütləvi informasiya vasitələrində "Akineton", "Fenazepam" və "Alflutop" adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılmaqdadır. Səhiyyə Nazirliyi məsələ ilə əlaqədar açıqlama verib.

Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənib, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyil.

"Akineton" adlı dərman vasitəsi Azərbaycanda istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş "Trihexyphenidyl", "Carbidopa" və "Levadopa" tərkibli dərman vasitələrindən istifadə etmək olar.

"Fenazepam" preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

"Alflutop" preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan "Chondroitin sulfat", "Glucosamine sulfat" və "Alendronic acid" tərkibli dərman vasitələrini göstərmək olar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar