Səhiyyə Nazirliyi 2013-2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanlara müraciət edib. Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş şəxslər sənədləri (İş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, Ali tibb təhsili haqqında sənəd) bu gündən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.