İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Lent.az xbər verir ki qarşıdakı günlərdə Böyük və Kiçik Qafqazda əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Hhavanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində sabah arabir yağış yağacaq, iyunun 3-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 2-də 17-22, iyunun 3-də 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında da sabah əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 3-də isə havanın yağmursuz keçəcəyi gözlənilir.
Havanın maksimal temperaturu iyunun 2-də 18-23, iyunun 3-də 25-30 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, sabah hava şəraiti qeyri-sabit, küləkli olacaq, arabir yağış yağacağı gözlənilir. İyunun 3-ü isə yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 2-də 17-20, iyunun 3-də 21-23 dərəcə isti təşkil edəcək.