Mayın 7-də növbəti SAT imtahanları (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirilib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TQDK-nın inzibati binasında təşkil olunan imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 35 nəfərdən 1 nəfəri imtahana gəlməyib. İmtahanın nəticələrinin iyun ayının ortalarında elan olunması gözlənilir.
Növbəti SAT imtahanının isə iyun ayının 4-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 12-i saat 09:00-dək davam edəcək (gözləmə siyası üçün qeydiyyat may ayının 25-ə kimi davam edəcək). Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatıhttp://www.tqdk.gov.az/exam/sat/ keçiddən əldə etmək mümkündür.