Salyanda “Erkən nikahlara yox!” mövzusunda təlim keçilib
11 iyul 2016 15:00 (UTC +04:00)

Salyanda “Erkən nikahlara yox!” mövzusunda təlim keçilib

Azəri Gənclər Alyansı İB Gənclər Fondunun dəstəyi ilə “Erkən nikahlara yox!” mövzusunda layihəni davam edir. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində iyulun 8-i Salyan rayonunda valideyn - qadınlarla ictimai dinləmələr, növbəti gün isə ekspertlər tərəfindən yeniyetmə qızlara interaktiv üsullarla təlim keçirilib və daha sonra iştirakçılarla ətraflı müzakirələr aparılıb.   

 

Statistikaya görə, erkən nikahlara ən çox məruz qalan regionlardan biri olan Salyan rayonunda həyata keçirilən ictimai dinləmə və təlim zamanı Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli  yeniyetmə və qadınlara dünyada geniş yayılmış erkən nikahlar haqqında məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil almaqdan və gələcəyin layiqli vətəndaşları olmaqdan ibarət olduğunu bildirib. Daha sonra isə ekspertlər tərəfindən təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, tövsiyələr verilib və interaktiv üsullarla mövzu ilə bağlı oyunlar həyata keçirilib.

 

Tədbirin sonunda  iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.

 

Qeyd edək ki, layihə çərçivəsində bu ilin avqust ayınadək Lənkəran, Lerik rayonlarında da gənc və qadınlara təlim və ictimai dinləmələr keçirilib. Daha sonra isə sosial çarx hazırlanıb ictimaiyyətə təqdim olunacaq. Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonların kəndlərində 11-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri  erkən nikah qurmaqdan çəkindirmək, Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar