Sahil və Şıx çimərlikləri təhlükəlidir - XƏBƏRDARLIQ
18 iyul 2013 15:31 (UTC +04:00)

Sahil və Şıx çimərlikləri təhlükəlidir - XƏBƏRDARLIQ

 
"Sahil və Şıx çimərliklərində dəniz suyunda bağırsaq çöplərində çirklənmə normada artıqdır".
 
Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əgər norma bir litr su üçün 44 mindirsə, burada 110 min, 200 minə qədər bağırsaq çöpü ilə çirklənmə var: “Yəni birbaşa fekal çirklənmədir. Bununla əlaqədar qəbul edilən qərarın icrası müvafiq icraedici orqanlar olan Daxili İşlər Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanlarına və mənzil-kommunal təsərrüfatı departamentinə yönəldilib.
 
Z. Kazımov deyib ki, dəniz suyunun laborator müayinələrinə may ayından başlanılıb: "Dəniz suyunun temperaturunun hərarəti 18 dərəcədən yuxarı qalxdıqda orada bağırsaq çöplərinin inkişafı başlayır. Həmin andan etibarən də laborator müayinələr tədqiq olunur, dəniz suyunun toksikoloji, radioloji, kimyəvi və bakterioloji müayinəsi keçirilir”.
 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Oxşar yazılar