TƏBİB bıçaqlanan direktor müavini  ilə bağlı məlumat yaydı - YENİLƏNİB
08 oktyabr 2026 13:15 (UTC +04:00)

TƏBİB bıçaqlanan direktor müavini ilə bağlı məlumat yaydı - YENİLƏNİB

0

Okrtyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

***
11:32

Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. Həmin zaman onun soyadı da Qurbanov imiş. Yayılan məlumatlara əsasən, Vüqar Qurbanov vəzifəsindən azad olunandan sonra Orxan Qurbanov özü işdən çıxarılmasın deyə qohumluğunu gizlətməkdən ötrü soyadını dəyişərək, Ənvərli edib. Lakin buna baxmayaraq o, tutduğu vəzifədən azad edilərək, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.

Orxan Ənvərli sonradan mediaya açıqlama verərək Vüqar Qurbanovla qohumluq əlaqələrinin olmadığını bildirmişdi.

***
10:50

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-a daxil olan ilkin məlumata görə, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. 

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4228

Oxşar yazılar