Gədəbəydə güllələnmiş meyit tapılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Pirbulaq kəndində baş verib.
Kənd sakini 84 yaşlı Alıyev Yolçu Cavad oğlunun güllələnmiş meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.