Şagirdlər arasında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
05 may 2015 11:15 (UTC +04:00)

Şagirdlər arasında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən keçirilən müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov müsabiqənin şagird və tələbələrin ümummilli liderlə bağlı fikir və duyğularını qələmə almasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. O deyib ki, bu il müsabiqənin respublika mərhələsinin iştirakçıları arasında 16 nəfər birinci yerə, 19 nəfər ikinci yerə, 22 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabda dərc olunub.

 

Sonda müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Ölkənin bütün regionlarını əhatə edən müsabiqənin rayon( şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241

Oxşar yazılar