17 dərəcə isti olacaq
03 noyabr 2015 12:31 (UTC +04:00)

17 dərəcə isti olacaq

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi gündüz arabir güclənəcək.  

 

Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.              

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək  isti, gündüz 8-13 dərəcə isti olacaq.

Yaxın üç gün ərzində Abşeron yarımadasında meteoloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar