Sabahdan V qrup üzrə ərizə qəbulu başlayır
02 may 2016 11:34 (UTC +04:00)

Sabahdan V qrup üzrə ərizə qəbulu başlayır

Sabahdan 2016-2017-ci tədris ili üçün V  qrup üzrə  ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır.

 

Lent.az xəbər verir ki, ərizə qəbulu mayın 3-dən 17-dək davam edəcək. Tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə  buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

 

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən  abituriyentlər mayın 5-dən mayın 17-dək ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.


Yalnız V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən  abituriyentlər ödəmə kartı əldə edib mayın 5-dən mayın 17-dək ərizə təqdim etməlidirlər.

 

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün V qrup üzrə qəbul imtahanı iyulun 5-də keçiriləcək.

 

Bundan başqa, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (V qrup) 6-19 may tarixlərində aparılacaq. Bu  ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) 15 iyul — 05 avqust tarixlərində baş tutacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257

Oxşar yazılar