Sabahdan hava düzələcək
08 fevral 2016 12:27 (UTC +04:00)

Sabahdan hava düzələcək

Fevralın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.     

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq. Bakıda gecə 0-2 dərəcə şaxta, 5-7 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  bəzi yerlərdə yağıntılı olacağı,  sulu qar və qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.  

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti olacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar