Mayın 3-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.