Sabah bu rayonlarda qaz olmayacaq - <span style="color:red;">SİYAHI
24 noyabr 2015 16:12 (UTC +04:00)

Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

0

Sabah aparılacaq təmir işləri əlaqədar bəzi bəzi rayon və qəsəbələrdə qaz olmayacaq.

 

“Azəriqaz” ASC-nin mətbuat xidmətindən Lent.az- a verilən məlumata görə, noyabrın 25-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Dondarquşçu” və “Alabaşlı” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar