Sabah 3 rayonda qaz kəsiləcək
17 dekabr 2015 17:51 (UTC +04:00)

Sabah 3 rayonda qaz kəsiləcək

0

Dekabrın 18-də saat 14:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Azadqaraqoyunlu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Azəriqaz”ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan təmir işləri müddətində Ağdam rayonunun “Dörd yol”, Təzəkənd və Ayaqdərbənd, Bərdə rayonunun Şahvəlilər, Piyadalar və Xanərəb, eləcə də Tərtər rayonunun Qapanlı-1, Qapanlı-2, Düyərli, Əksipara, Qazıyan və Səhlabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar