Rusiyalı radikallar azərbaycanlı alimi ölümlə təhdid edir: "Onu zəhərləyin!"
09 fevral 2016 12:12 (UTC +04:00)

Rusiyalı radikallar azərbaycanlı alimi ölümlə təhdid edir: "Onu zəhərləyin!"

0

 

 

Rusiyanın radikal “Pleskov Slavik Qrupu” İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, azərbaycanlı alim Vüqar Bayramovu ölümlə təhdid edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə V.Bayramov özü açıqlama yayıb. Onun sözlərinə görə, rəhbəri olduğu qurum dünyanın aparıcı beyin mərkəzlərinin biri kimi son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçiləndən bir sıra radikal qrupların təhdidi ilə üzləşib. Belə ki, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” CESD-ni yəhudilərin yaratdığı mərkəz adlandıraraq onun sədrini zəhərləməyə çağırmaqdan belə çəkinməyib. Son hesabatında Pleskov Qrupu yazır: “CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çixmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər onunla yemək yesəniz sadəcə onu zəhərləyin”. Daha sonra CESD haqqında məlumat verilir.

 

V.Bayramov bəyan edir ki, regionun ən güclü beyin mərkəzi seçilməkləri heç bir başqa millətlər ilə bağlılıqları deyil, tədqiqatlarının keyfiyyətinin nəticəsidir: “Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin və regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimizi anti-Rus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir. Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələr ilə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhrləmək isə düşünürük ki, yalnız radikalların ağlına gələ bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar