Rusiya Azərbaycana mal əti ixrac edəcək
15 sentyabr 2015 12:36 (UTC +04:00)

Rusiya Azərbaycana mal əti ixrac edəcək

 
Rusiya Azərbaycana mal əti ixrac edəcək.

 

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Milli Ət Assosasiyasının icra komitəsinin rəhbəri Sergey Yuşin bildirib.

 

Onun sözlərinə görə, Azərbaycana ixrac ediləcək mal ətinin parametrləri, yəni, Rusiya məhsulunun keyfiyyətinə qoyulan tələblərlə bağlı müqavilə artıq imzalanıb: "Biz çox keyfiyyətli mal əti istehsal edirik. Sözügedən mal əti premial seqmentə aiddir, yəni, otel və restoranlarda istifadə üçün nəzərdə tutulub. Hələlik Azərbaycana ixrac ediləcək mal ətinin həcmi müəyyən edilməyib. Bizim Azərbaycana ildə min ton mal əti göndərmək potensialımız var”.   


S. Yuşin Qərbin sanksiyalarından sonra bir sıra ölkələrdən ət idxalının qadağan olunmasının Rusiya bazarına necə təsir etdiyini də şərh edib: “Ət məhsulları sahəsində donuz əti seqmentində sanksiyalara cavab olaraq Kanadanı Çinlə əvəz etdik. Quş ətinə gəldikdə isə Rusiya idxaldan asılı olmayıb. Ümumiyyətlə, Rusiyanın 10 faiz quş əti idxalına ehtiyacı olub ki, hazırda bu seqmentdə ABŞ-ı Türkiyə və Latın Amerikası ölkələri əvəz edir".

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar