[b]Rus bölməsinin 433 abituriyenti "2" aldı[/b]
13 iyun 2016 10:05 (UTC +04:00)

[b]Rus bölməsinin 433 abituriyenti "2" aldı[/b]

0

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini elan edib. 

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb. 

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilib. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 

Məlumat üçün bildiririk ki, iyunun 12-də keçirilmiş imtahanda 1096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq məqbul qiymət alıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar