Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşanlar üçün "İnsan anatomiyası" adlı vəsait nəşr edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu vəsait Azərbaycan Tibb Universitetinin insan anatomiyası fənni üzrə tədris proqramı və TQDK-nın rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən yeni “anatomik nomenklatura”dan istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib.
Rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulan bu vəsaitdən həmçinin Azərbaycan Tibb Universitetinin, eləcə də tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, insan anatomiyası fənnini tədris edən müəllimlər istifadə edə bilərlər.