2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan 28 plan yerinin müsabiqəsində iştirak etmək üçün 39 namizəd ərizə ilə müraciət edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olub.
Avqustun 3-dən 4-dək Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyində, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və adı qəbul olunanlar siyahısından çıxarılacaq.