Rezidentura imtahanına buraxılış vərəqələri verilməyə başladı
02 sentyabr 2013 14:47 (UTC +04:00)

Rezidentura imtahanına buraxılış vərəqələri verilməyə başladı

 

Rezidentura səviyyəsinə qəbul olmaq istəyən namizədlərə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək.

 

İmtahanın birinci mərhələsi sentyabrın 9-da, ikinci mərhələsi sentyabrın 10-da keçiriləcək.  Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar