RTV-nin 8 yaşı oldu
14 noyabr 2015 14:47 (UTC +04:00)

RTV-nin 8 yaşı oldu

0
Bu gün Region TV-yə daxil olan RTV-nin 8 yaşı tamam olur. 
 
Lent.az-ın məlumatına görə, 2007-ci ildən Xaçmazdan yayıma start verən RTV qısa müddət ərzində ölkə mediasında peşəkar fəaliyyəti ilə nüfuz qazanıb. 2014-cü il may ayının 10-dan etibarən RTV-nin bir sıra proqramları Qafqazın ən böyük teleşəbəkəsi olan “Region TV” vasitəsilə dünyaya yayımlanır.
 
 
İlk peşəkar region kanalı olan RTV hazırda ölkənin kifayət qədər baxılan televiziyalarındandır. Televiziya rəngarəng proqramları ilə tamaşaçıların zövqünü oxşamaqla yanaşı, mütəmadi keçirdiyi işçi müsabiqələri ilə istedadlı gəncləri dəyərləndirir. Hazırda kanalda 100-dən artıq əməkdaş televiziyanın uğurları üçün çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar