Qusarda “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirilib
25 avqust 2015 14:16 (UTC +04:00)

Qusarda “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirilib

0

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Qusar rayonunda keçirib.

Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycançılıq ideyası müasirliyi və milli-mənəvi dəyərlərə sahib çıxmağı, eləcə də tolerantlığı özündə ehtiva edən ali dəyərdir. Müasir və ənənələrinə sadiq olan müstəqil Azərbaycan dövləti bu gün bu ali dəyəri qloballaşan dünyaya nümunə olaraq təqdim etməkdədir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, istər müharibə, istərsə də atəşkəs dövründə Qarabağın azadlığı uğrunda şəhid verməmiş olsun.

Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba şöbəsinin müdiri Eynulla Nurullayev mövzu ətrafında çıxış ediblər.

Qeyd edək ki, tədbirdə Qusar rayon ictimaiyyətinin nümayəndələri, gənclər fəal iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar