Qurban bayramında 200-dən çox əlavə avtobus xəttə buraxılacaq
16 sentyabr 2015 14:27 (UTC +04:00)

Qurban bayramında 200-dən çox əlavə avtobus xəttə buraxılacaq

Qurban bayramı ilə əlaqədar sentyabr ayının 22-dən 27-ə kimi Bakı Beynəlxalq Avtovağzalında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

 

Bunu "APA-Economics"ə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

 

M. Abdullayev vurğulayıb ki, bayram günlərində sərnişinlərin daşınması üçün 200-dən artıq nəqliyyat vasitəsi əlavə olaraq xəttə buraxılacaq: "Ehtiyat maşınlar artıq hazırdır. Lazımi sayda sərnişinin daşınması üçün 200-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq xəttə ayrılacaq.

 

Kompleksin nümayəndəsi bayram günlərində biletlərin qiymətinin qanunsuz şəkildə artırılmasına qarşı mübarizə aparılacaq: "Bayram günlərində neqativ halların qarşısının alınması üçün 8 nəfərdən ibarət müvafiq komissiyamız fəaliyyət göstərir. Həmin komissiyanın üzvləri biletlərin qiymətlərinə nəzarət edəcək. Biletlər yalnız kassalar vasitəsilə satılacaq. Hər hansı bir marşrutda sərnişin sıxlığı yarandıqda, bilet olmadıqda, məsələ yerindəcə həllini tapacaq, sərnişin yola salınacaq”.

 

Onun sözlərinə görə, bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi ilə 15 mindən çox sərnişinin daşınması gözlənilir.

# 100
avatar

Oxşar yazılar