35/6 kV-luq Quba yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar şəhərin bəzi küçə və kəndlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq. Lent.az-ın məlumatına görə, Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi Quba Elektrik Şəbəkəsi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq təmirlə əlaqədar Qubanın Cəfər Cabbarlı və Tofiq Əhmədov küçələri, Qırmızı Qəsəbə, Gənclər və Bazar əraziləri, Mirzəməmməd və Atuc kəndləri işıqsız qalacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC Abonentlərindən üzr istəyir.