Qrant müqavilələrinin notarial təsdiqi ləğv oluna bilər
25 iyun 2014 21:55 (UTC +04:00)

Qrant müqavilələrinin notarial təsdiqi ləğv oluna bilər

“Hüquq və Monitorinq” Komissiyası genişləndirilmiş iclasında QHT-lər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri ilə qrantların qeydiyyatı sahəsində çətinliklərin aradan qaldırılmasına dair Təkliflər Paketini müzakirə edib.

 

Lent.az-ın məlumatına görə, iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Hüquq və Monitorinq” Komissiyasının genişləndirilmiş  tərkibdə toplantısı keçirilib.

 

Toplantıda Komissiya üzvləri ilə yanaşı QHT-lərə Dövlət Dəstəyi Şurasının, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın, Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Fransa səfirliklərinin, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, USAİD, «Kounterpart İnterneşnl» Azərbaycan nümayəndəliyi, «Vord Vijn», Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Fridrix Nauman Fondunun, Konard Adenauer Fondunun, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin

Yerli Bacarıqların Artırılması Layihəsinin, SEDA layihəsinin nümayəndələri, aparıcı yerli QHT-lərin nümayəndələri iştirak ediblər.

 

 “Hüquq və Monitorinq” Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib ki, toplantının keçirilməsində məqsəd QHT qanunverciliyinə sonuncu dəyişikliklərin, əsasən də qrantların qeydiyyatı yaratdığı ilə bağlı yaranmış narahatlıqların həlli yollarını müzakirə etməkdir. Ə.Nuriyev qeyd edib ki, Hüquq və monitorinq Komissiyası qanunvericiliyə son dəyişikliklərin tətbiqi ilə bağlı müəyyən müşahidələr apararaq, QHT-lərlə görüşlər keçirib. Eyni zamanda Komissiyaya bir sıra qeyri-hökumət təşkilatlarından da məlumatlar daxil olub.

 

Bütün bu müşahidələr, görüşlər və məlumatlar əsasında toplanmış informasiya təhlil edilərək yaranmış çətinliklərin aradan  qaldırılmasına yönəlik Təkliflər Paketi hazırlanıb.

 

Təkliflər Paketi qrant müqavilələrinin qeydiyyat qaydalarının təkmilləşdirilməsini, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın, Müqavilələrin notarial təsdiqi, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin qeydiyyatı ilə bağlı bildirişlərin verilməsi, inzibati cərimələrin azaldılması, “Dövlət rüsumu haqqında” qanununa əlavə və dəyişikliklərlə bağlı xeyli məsələləri Təklif Paketi haqqında geniş məlumat verən Ə. Nuriyev sənəddə qrant müqavilələrinin surətlərinin notarial qaydada təsdiqinin ləğvi, qrant müqaviləsinin surətinin qrant alan təşkilatların özləri tərəfindən təsdiqlənməsi, müqavilə xarici dildə olduqda onun məzmunu barədə zəruri məlumatların verilməsi ilə bağlı təklifləri xüsusi qeyd edib.

 

O, bildirib ki, təkliflərdə qrant müqaviləsi barədə yanlış məlumat verməyə görə inzibati sanksiyanın müəyyən edilməsi də yer alıb.Ə. Nuriyev həmçinin deyib ki, yaxın vaxtlarda qrantların elektron qeydiyyat proseduru xeyli asanlaşacaq.

 

Müzakirələr zamanı çıxış edən ATƏT-in Layihə Əlaqələndiricisinin nümayəndəsi Jalə Əzizova, “Sahibkarlığa Yardım Fondunun” prezidenti Sabit Bağırov, Hüquq və İnkişaf Mərkəzi İB-nin sədri Hafiz Həsənov, “Demokratiyanı öyrənmə” İB-nin sədri Mirəli Hüseynov,  İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu, BLCD layihəsinin eksperti, Məhəmməd Quluzadə,  Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Hüquqi Təhlil və Araşdırmalar Mərkəzi İB-nin sədri Ramil İsgəndərli, Demokratik Təsisatlar və İnsan Haqları İB-nin sədri Elçin Abdullayev, “Mülki cəmiyyətə doğru” İB-nin sədri, “Azad iqtisadiyyata yardım” İB-nin təmsilçisi Emin Abbasov, Hüquq Təşəbbüsləri Mərkəzi İB Ziya Quliyev, “Humanitar Tədqiqatlar Mərkəzi” İB-nin sədri Əvəz Həsənov, “Rasional inkişaf uğrunda qadınlar” İB-nin sədri Şəhla İsmayılova, “İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi” İB-nin sədri Azər Mehdiyev çıxış edərək təkliflərə münasibət bildirib və bir sıra yeni təkliflər də irəli sürüblər.

 

Müzakirələr zamanı qeyd olunub ki, bu təkliflərin nəzərə alınması QHT-lərin bürokratik əngəllərdən, əlavə xərclərdən azad olması istiqamətində çox böyük töhfə olardı.

 

Müzakirələrdə həmçinin, “Hüquq və Monitorinq” Komissiyasının tərkibinin Ədliyyə Nazirliyi və Mərkəzi Bankın nümayəndələri və QHT ekspertləri hesabına genişləndirilməsi və bütün narahatedici məsələlərin mərhələlərlə peşəkarcasına müzakirə edilməsinin məqsədəyuğun olması bildirilib.

 

Təkliflərə münasibət bildirən Ədliyyə Nazirliyinin təmsilçisi Rəhim Rəhimov bildirib ki, nazirlik komissiya ilə sıx işləyir, Təkliflər Paketində çox faydalı təşəbbüslər var, bunlar müzakirə oluna bilər. Bununla belə Ədliyyə Nazirliyi qanunu icra edən qurum kimi qanunun tətbiqi prosesində problemlərin olmamasına çalışır.

 

Mərkəzi bankın təmsilçisi Pərvin Əhmədov qeyd edib ki, Mərkəzi Bank yalnız qanunu icra edir. Mərkəzi Bank QHT-lər üçün problemlər yaranmasını istəmir və problemlərin həlli üçün əməkdaşlığa açıqdır.

 

Sonda bildirilib ki, “Hüquq və Monitorinq” Komissiyası QHT-lərin fəaliyyətindəki bütün çətinliklərin birgə müzakirələr və dialoq yolu ilə aradan qaldırılmasında maraqlıdır və bu cür müzakirələr və təhlillər davamlı xarakter daşıyacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605
avatar

Oxşar yazılar