2014 və 2015-ci illərdə də qiyabi təhsilalma forması üzrə qəbul olanların sayı (ümumi qəbul olanların, müvafiq olaraq, 5.88 və 4.38%-i) 2012, 2013-cü illərdəki qəbul göstəricilərinə (ümumi qəbul olanların, müvafiq olaraq, 6.66 və 5.52%-i), təxminən, yaxın olub.
TQDK-dan Lent.az-a verilən məlumata görə, qiyabi təhsilalma forması üzrə qəbul olanların sayı son dörd ildə, demək olar ki, eyni səviyyədə qalıb. Bu isə, öz növbəsində, qiyabi təhsilalma forması üçün ayrılmış plan yerlərinin azaldılması ilə əlaqədardır. Belə ki, əgər sözügedən təhsilalma forması üçün 2011-ci ildə 3801 yer ayrılmışdısa, 2014-cü ildə bu yerlərin sayı 2305, 2015-ci ildə isə 1754 olub.