Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT-lərin Ümumrespublika Forumu keçirilib.
APA-nın məlumatına görə, toplantını giriş sözü ilə açan şura sədri Azay Quliyev deyib ki, forumun əsas məqsədi Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir.
A. Quliyev bu il şuraya ayrılan vəsaitdən qənaətlə istifadə olunduğunu qeyd edib. QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda şura və katibliyin saxlanılması xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün şuranın hesabında saxlanılıb.
Forumda çıxış edən şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərinə toxunub. F. Qurbanov bildirib ki, hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görüb, onlar haqqında müxtəlif qərarlar qəbul edib: “89 yerli və xarici QHT-dən 135 min 843 manat vəsait tutulub. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək”.
Toplantıda çıxış edən QHT rəhbərləri şuranın növbəti il üçün maliyyə yardımı müsabiqəsi mövzuları ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
![QHT Şurası 360 min manatı dövlət büdcəsinə qaytaracaq](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
QHT Şurası 360 min manatı dövlət büdcəsinə qaytaracaq
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)