Şuranın dəstəyi ilə Almaniyada konfrans keçirilib
08 iyun 2015 13:13 (UTC +04:00)

Şuranın dəstəyi ilə Almaniyada konfrans keçirilib

Şuranın dəstəyi ilə Almaniyanın Viadrina Universitetində Azərbaycanın müasir inkişafı haqqında konfrans keçirilib

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Almaniyanın Frankfurt-am-Oder şəhərində yerləşən Viadrina Universitetində keçirilən tədbirə ölkəmizin Almaniyadakı səfirliyin nümayəndələri, universitetin professor heyəti və tələbələr qatılıb.

Toplantının ilk hissəsində ölkəmiz haqqında Almaniyada mövcud olan stereotiplər haqqında fikirlər bölüşülüb və müzakirələr zamanı Professor Knefelkamp cari ilin payızında Viadrina Universitetində Azərbaycanla bağlı xüsusi tədbirin təşkil olunmasını təklif edib.

Tədbirin ikinci yarısında Azərbaycanın Almaniyadakı səfirliyin müşaviri Rizvan Nəbiyev çıxış edərək ölkəmizin siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlardan danışaraq Almaniya-Azərbaycan münasibətlərinin inkişafına məsələsinə də toxunub.

Konfransda çıxış edən Humboldt Universitetinin professoru xanım Eva-Maria Aux almanların Azərbaycanda məskunlaşma tarixi, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə aid olan insanların yüzillər boyu sülh şəraitində yaşaması haqqında danışıb.

“Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun rəhbəri Matias Dornfeldt öz çıxışında ASAN xidmət mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar