Qənirə Paşayeva Türkiyədə Beynəlxalq Kitab Festivalında iştirak edib
02 may 2016 12:02 (UTC +04:00)

Qənirə Paşayeva Türkiyədə Beynəlxalq Kitab Festivalında iştirak edib

0

Millət vəkili Qənirə Paşayeva Trabzonda Beynəlxalq Kitab Festivalının açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, festivalda çıxış edən Qənirə Paşayeva türk soylu bütün insanları türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb.

 

Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, türk və müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb: “Bizim babalarımız, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər”.

 

Millət vəkili Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışıb.

 

Q. Paşayeva Trabzonun mərkəzi parklarından birinə Qarabağ adının verilməsi, Azərbaycanlı şəhidlərə abidə qoyulması və mərkəzi küçələrdən birinə Azərbaycan adı verilməsi ilə bağlı təklif irəli sürüb.

 

Millət vəkili tədbir iştirakçılarına araşdırmaçı yazar İmdat Avşarla birlikdə həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını imzalı hədiyyə edib və onları Azərbaycana dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar