Qənirə Paşayeva Salihlidə konfrans keçirib
09 dekabr 2015 10:29 (UTC +04:00)

Qənirə Paşayeva Salihlidə konfrans keçirib

Q. Paşayeva Salihlidə "Azərbaycan-Türkiyə münasibətləri: dünəni,bu günü və gələcək prespektivləri" adlı konfrans keçirib. Lent.az-ın məlumatına görə, Salihli bələdiyyəsi və Türk Ocaqlarının birlikdə təşkil etdiyi tədbirdə çıxış edən millət vəkili ailələrə, aydınlara, KİV və QHT rəhbərlərinə səslənərək “topluma nümunə olaraq bugünkü və gələcək nəsillərə birlik, bərabərliyimizin nə qədər vacib olduğunu daha çox anlatmalıyıq”, - deyib. 

 

O, çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, onun işğaldan azad edilməsi üçün çalışmalıdır.

 

Q. Paşayaeva Salihlinin mərkəzi küçələrindən birinə Azərbaycan, parklarından birinə “Qarabağ” adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. 

 

Tədbirdə çıxış edən Salihli bələdiyyə müavinləri, Türk Ocaqları başqanı bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncə ilə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq “zaman birlik və bərabərlik zamanıdır”, deyiblər.

 

Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda tədbir iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı:tanıkların dilinden” ve “Karabağ hikayeleri” kitablarını da hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar