Rizede Qarabağ şəhidlərinə abidə qoyulması təklifi dəstəkləndi
29 aprel 2016 10:39 (UTC +04:00)

Rizede Qarabağ şəhidlərinə abidə qoyulması təklifi dəstəkləndi

Türkiyənin Rize vilayətində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Rizə bələdiyyə başçısı Reşat Kasapla görüşüb. Lent.az-ın məlumatına görə, son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq, “Azərbaycanın şəhidi bizim də şəhidimizdir” deyən Rizə  bələdiyyə başqanı Reşat Kasap Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib.

 

Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim  Rizenin də  Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva “yaxın zamanlarda  Rizənin  mərkəzi parklardan birinə “Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə isə Azərbaycan adının veriləcəyinə inandığını” deyib.

 

Bələdiyyə başçısı “hər zaman qardaş Azərbaycanın yanında olduğunu” deyib və Qənirə Paşayevanın  Rizedə Azərbaycan küçəsi, Qarabağ parkı və  Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

 

Bələdiyyə başçısına  müəllifi  olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan  Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Rizenin  yer alacağını bildirib.

 

Q. Paşayeva Rize bələdiyyə başqanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni  imzalı hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar