Qənirə Paşayeva qlobal forumda iştirak edib
06 may 2016 11:00 (UTC +04:00)

Qənirə Paşayeva qlobal forumda iştirak edib

0

 

Millət vəkili Qənirə Paşayeva İordaniyada keçirilən Qadın Parlament üzvlərinin Qlobal Forumunda iştirak edib. Lent.az-ın məlumatına görə, BMT, NATO, Avropa Parlamentinin yüksək səviyyəli təmsilçilərinin qatıldığı Qlobal Forumdakı çıxışında millət vəkili Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir.

 

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumatlar verən Q. Paşayeva Ermənistann BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayıb.

 

Millət vəkili, həmçinin, ön cəbhədə baş verən son hadisələr, Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də geniş məlumat verib: “Seçki dairəm ön cəbhə bölgəsidir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizin işğal edən zaman müharibədən ən çox əziyyət çəkən bölgələrdən biridir. Uşaqlığım və gəncliyim müharibənin dəhşətləri, onun ağır nəticələri arasında keçib. Ermənistanın ölkəmin torpaqlarının 20 faizini işğalı zamanı 1 milyon insanımız qaçqın və məcburi köçkün düşüb və 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. BMT-nin 4 qətnaməsi 20 ildən artıqdır ki, kağız üzərində qalıb və icra olunmur”.

 

Habelə, millət vəkili Qənirə Paşayeva Qlobal Forum iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Forumun açılışında Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov da iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar