"Tovuz qızıl və gümüş medal alan məzunların sayına görə rayonlar arasında birincidir ".
Lent. az-ın məlumatına görə, tələbə adını qazanan və onlara göstərilən yüksək etimadı doğruldan gəncləri təbrik edən millət vəkili Qənirə Paşayeva deyib ki, respublika üzrə rayonlar arasında ən çox qızıl medalı Tovuzdan olan şagirdlər qazanıblar: “Medal almaqla bərabər o medalı alan insanların tələbə qəbulunda hansı nəticələr göstərməsi də çox önəmlidir. Təəssüf ki, biz bəzən eşidirik ki, orta məktəbi qızıl, gümüş medalla bitirən bəzi abituriyentlər qəbul imtahanlarında çox pis nəticə göstərirlər və özlərini doğrultmurlar. Amma Tovuzdan qızıl və gümüş medal alan gənclər yaxşı ballar toplayaraq tələbə adını qazanıb və özlərini doğruldublar ”.
Millət vəkili tələbə adını qazanmış gənclərdən öz vəzifələrini bitmiş hesab etməməyi, əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb.