"Bu il ali məktəblərə qəbul üçün minimal bal həddi 200 bal nəzərdə tutulub. Bu keçid balı qrup çərçivəsində müsabiqədə iştirak aiddir. Elə ixtisaslar ola bilər ki, o ixtisaslar üzrə müsabiqədə iştirak üçün daha yüksək keçid balı müəyyənləşsin".
Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Space TV"yə müsahibəsində deyib: "Bununla bağlı Təhsil Nazirliyindən hələ heç bir təklif gəıməyib, amma biz hər il müsabiqə şərtlərini elan edəndə dövlət sifarişli və ödənişli yerlər arasında fərq qoyuruq. Yəni müsabiqədə iştirak etmək üçün minimal keçid bal 200 nəzərdə tutulursa, dövlət sifarişli yerlərdə müsabiqə şərti 300-350-dən yuxarı olur.
Bu da əlbəttə qruplardan asılıdır. Müəyyən qruplarda keçid bal 300, bəzilərində isə 350-dən yuxarı ola bilər. Əlbəttə, dövlət istəyir ki, oxutdurduğu gənclər daha bilikli gənclər olsunlar”.