Qazaxda şəhidlərin təltif olunduğu medallar ailələrinə təqdim edilib
24 may 2016 11:18 (UTC +04:00)

Qazaxda şəhidlərin təltif olunduğu medallar ailələrinə təqdim edilib

0

Aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən canlarından keçən igid oğulların xatirəsi anılıb. Lent.az-n Kəpəz TV-yə (Region TV) istinadən məlumatına görə, prezident İlham Əliyevin sərəncamına əsasən, Yuxarı Salahlı kənd sakini 26 yaşlı baş leytenant Elvin Namazov "Vətən uğrunda", Fərəhli kənd sakini 32 yaşlı kapitan Mühid Orucov "İgidliyə görə", 20 yaşlı əsgər Orxan Əliyev isə "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunub. Qazaxda keçirilən anım tədbirində onların keçdiyi qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.

 

Şəhidlərin medalları ailələrinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar