Qazax-Quşçu Ayrım  yolunun açılışı olub
05 iyul 2013 23:09 (UTC +04:00)

Qazax-Quşçu Ayrım yolunun açılışı olub

İyulun 5-də prezident İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak edib.


Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxıb.
Məlumat verilib ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayırıcıların tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.


Bildirilib ki, ümumi uzunluğu 27 kilometr olacaq bu yol öz başlanğıcını Bakı–Gürcüstan dövlət sərhədi magistralının 469–cu kilometrliyindən götürür. Yol rayonun 26 min əhalisinin yaşadığı 15 kəndini - Çaylı, Kommuna, Ürkməzli, Dəmirçilər, Daş Salahlı, Alpout, Aşağı Əskipara, Bağanis Ayrım, Yuxarı Əskipara və digər yaşayış məntəqələrindən keçir. İnşasına bu ilin mayında başlanmış və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 6,9 milyon manat vəsait hesabına tikilmiş yolun 15 kilometri istismara hazırdır. Yolun qalan 12 kilometrlik hissəsi isə bu ilin sentyabrında istifadəyə veriləcək.


Qeyd edilib ki, ikizolaqlı yolun torpaq yatağının eni 10-12, hərəkət zolağının hər birinin eni 3,5 metrdir. Qazaxda kənd yollarının inşası ilə bağlı digər tədbirlər də həyata keçirilir.


Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar