Qarabağ həqiqətlərinin düzgün təbliği ilə bağlı layihə başlayıb
22 sentyabr 2015 11:08 (UTC +04:00)

Qarabağ həqiqətlərinin düzgün təbliği ilə bağlı layihə başlayıb

 

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsinə start verib.

 

Lent.az-ın məlumatına görə, layihənin məqsədi onlayn mediada və sosial şəbəkələrdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması ilə yaranmış Qarabağ problemi haqda yanlış informasiyaların qarşısının alınmasına dəstək göstərməkdir. Eyni zamanda onlayn medianın fəaliyyətində Qarabağ probleminin işıqlandırılmasında jurnalist peşəkarlığının təbliği hədəf seçilib.

 

Bu məqsədlə Azərbaycanın müxtəlif bölgələrində təlimlərin keçirilməsi planlaşdırılıb. Təlimlərin cəbhə bölgəsində və məcburi köçkünlərin kompakt məskunlaşdığı ərazilərdə keçirilməsi nəzərdə tutulub. Bu təlimlərə cəbhə bölgəsində baş verənləri bilavasitə izləmək imkanı olan sosial şəbəkə fəalları və jurnalistlər cəlb olunacaq.

 

 

Layihə çərçivəsində bəzi xəbər portalları üzərində monitorinqlərin keçirilməsi də nəzərdə tutulub. Layihənin icra müddəti üç aydır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar