Qanunsuz lotereya və idman mərc oyunları ilə bağlı cərimələr sərtləşdirilib
06 may 2016 14:08 (UTC +04:00)

Qanunsuz lotereya və idman mərc oyunları ilə bağlı cərimələr sərtləşdirilib

0

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, dəyişikliklərdə bir sıra qanunsuz hərəkətlərlə əlaqədar tətbiq edilən cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

 

Dəyişikliklərdə qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, əmtəə nişanlarından qanunsuz istifadə etmə, qəsdən müflisləşmə, istehlakçıların hüquqlarının pozulması və digər qanunsuz hərəkətlərin daha sərt cərimələnməsi təklif edilir.

 

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar