Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Etika komissiyası yaradılır.
APA-nın məlumatına görə, komissiyanın yaradılması bu gün QMİ-də keçirilən tədbirdə sədr Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən elan olunub. O qeyd edib ki, komissiyanın yaradılmasında məqsəd yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlıdır.
Komissiyanın tərkibi bu günlərdə elan olunacaq.