Qadın məhbuslar xalça toxuyacaq
21 dekabr 2017 21:11 (UTC +04:00)

Qadın məhbuslar xalça toxuyacaq

Penitensiar xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində toxuculuq, tikiş və xalçaçılıq üzrə istehsalat sahələrini inkişaf etdirmək məqsədilə yeni xana dəzgahları quraşdırılıb və işləyən məhkumların sayı artırılıb.

 

APA-nın Penitensiar xidmətin saytına istinadən verdiyi xəbərə görə,  xalçaçılıq 4 saylı cəzaçəkmə müəssisəsində artıq ənənəvi peşə sahəsinə çevrilib. Mövcud imkanlar hesabına xalça toxunuşunda istifadə olunan müasir məmulatların əldə edilməsi, xüsusi tələblərə cavab verən xanaların istehsalı bu sahəni daha da genişləndirməyə, müxtəlif çeşidli xalçaların toxunmasına imkan verir.

 

Cəzaçəkmə müəssisəsində toxuculuq sahəsinin təkmilləşdirilməsi, xalçaçılıqla məşğul olan qadınların fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədilə xidmət rəhbərliyinin təşəbbüsü ilə müəssisəyə Azərbaycanın xalq rəssamı Lətif Kərimovun tələbəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyev dəvət olunub və onun rəhbərliyi altında dünya sivilizasiyasının maddi-mədəni sərvətlər xəzinəsinə əvəzsiz töhvələr verib. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, xalqımızın məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş Azərbaycan xalça sənəti ənənələri daha yüksək səviyyədə təbliğ olunmağa başlayıb.  Hazırda məhkum qadınlar tərəfindən Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin

əsərlərindəki motivlərin və obrazların əks olunduğu xalçalar toxunmağa başlanılıb. Milli naxış elementləri və qədim adət-ənənələrimizi əks etdirən təsvirlərlə zəngin həmin xalçalar görünüşü, keyfiyyəti, həm də orijinallığı ilə əvvəlkilərdən fərqlənir. Xalçaçılığı daha da inkişaf etdirmək və daha böyük uğurlar qazanmaq üçün zəruri tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar