Səhiyyə Nazirliyi pulsuz hepatit müayinələri təşkil edib
24 may 2016 10:36 (UTC +04:00)

Səhiyyə Nazirliyi pulsuz hepatit müayinələri təşkil edib

0

 

Mayın 23-dən başlayaraq Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) pulsuz Hepatit B və C müayinələrinin təşkilinə başlanılıb.

 

Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, RMDM-də aparılacaq pulsuz müayinələrdə sağlamlığını düşünən hər kəs iştirak edə bilər. Bir ay müddətində davam edəcək müayinələrdən keçən şəxslər xaricdə təhsil alan həkim-hepatoloqun konsultasiyasına və həkim tərəfindən təyin olunan laborator müayinələrinə 20% endirimdən də faydalana biləcəklər.

 

Qeyd edək ki, qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar