Prokurorluğa qəbul üçün imtahan keçiriləcək
10 iyun 2016 12:38 (UTC +04:00)

Prokurorluğa qəbul üçün imtahan keçiriləcək

0

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Baş Prokurorluq ilə birgə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. 

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 490  nəfərin namizədliyi artıq qeydə alınıb.

 

İmtahan iyunun 12-də saat 14:00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) başlanır. 

 

Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar.  İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar