Prezident Qobustan rayonunda yol tikintisi üçün pul  ayırdı
08 fevral 2016 18:26 (UTC +04:00)

Prezident Qobustan rayonunda yol tikintisi üçün pul ayırdı

0

Prezident İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az prezidentin saytına istinadən xəbər verir ki, on beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700,0 (yeddi yüz) min manat ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar