Prezident İlham Əliyev İmişli rayonunun İmişli–Yalavac–Rəsullu–Göbəktala–Şahverdili–Bəhrəmtəpə–Qaragüvəndikli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli–Yalavac–Rəsullu–Göbəktala–Şahverdili–Bəhrəmtəpə–Qaragüvəndikli avtomobil yolunun tikintisi məqsədi ilə 5,8 milyon (beş milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.